Pişiyi ölən müğənninin kövrəldən GÖRÜNTÜSÜ - VİDEO

22 May 2026 10:33

Müğənni Kamran Mirzəzadə sosial şəbəkədə yayılan görüntüləri ilə izləyiciləri kövrəldib.

Milli.Az xəbər verir ki, ifaçının həyatını itirən pişiyi ilə bağlı paylaşımı geniş müzakirələrə səbəb olub.

Yayılan videoda Kamran Mirzəzadənin dördayaqlı dostu ilə keçirdiyi anlar və onun itkisi qarşısında göz yaşlarını saxlaya bilmədiyi diqqət çəkib. Sənətçinin pişiyinə olan bağlılığı izləyicilərin duyğulanmasına səbəb olub.

Xüsusilə heyvan sahibləri paylaşımın onları təsirləndirdiyini qeyd ediblər. Bir çox sosial media istifadəçisi ev heyvanlarının ailənin bir üzvünə çevrildiyini və belə itkilərin ağır olduğunu vurğulayıb.

Qısa zamanda yayılan görüntüyə istifadəçilər tərəfindən çoxsaylı dəstək mesajları yazılıb.

Musa
Milli.Az