“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO

21 May 2026 20:37

Kamera və Orqan Musiqisi Zalında "Yeni adlar" layihəsi çərçivəsində təşkil olunan "Kamera Musiqisi Axşamı" adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi.

Solistlər - Ləman Əsədova (violin), Aydan Yeşildağ (piano), Kamran Talıblı (fleyta), Aytac Kara (violin), Camalə Abdinzadə (piano), Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Rəşad Abdullayev (fleyta), Nərgiz Kəngərli (piano), Rəvan Əhmədzadə (kontrabas), Anar Məmmədov (zərb alətləri) dinləyicilər qarşısında çıxış edərək böyük rəğbət qazanıb.

Konsertdə E.Grieg Violin üçün sonata c-moll, J.Ibert "İki interlüd", İ.S.Bach (işlənməsi Maria Kaneko Millarındır)"Bax İrlandiyada", C.Bolling "Fleyta və caz triosu üçün süita" əsərləri səsləndi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az