“Zirə”də ayrılıq vaxtı

21 May 2026 18:09

Yarımmüdafiəçi Eldar Quliyev "Zirə"dən ayrılacaq.

Milli.Az-ın məlumatına görə, 24 yaşlı futbolçunun mövsümün sonunda müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq.

Klub artıq oyunçunu bu haqda məlumatlandırıb. Eldar böyük ehtimalla yenidən Ukraynaya dönəcək. O, daha əvvəl "Şaxtyor", "Mariupol" və "Minay"da forma geyinib.

Eldar 2023-cü ilin fevralından "Zirə"də çıxış edir. Quliyev bu mövsüm Premyer Liqada 6 oyunda forma geyinib. (Futbolpress.az)

Milli.Az