Bu ilin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın və Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı panel sessiyasında çıxışı zamanı məlumat verib.
O bildirib ki, indiyə qədər Kəlbəcərə bir neçə köç həyata keçirilib:
"Yaxın vaxtlarda daha bir neçə kəndə köç olacaq"./report
Milli.Az