"Fənərbağça" dünya ulduzunu GƏTİRİR - FOTO

21 May 2026 17:11

Məhəmməd Salahın gələcəyi ilə bağlı yeni transfer iddiaları gündəmə gəlib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, mövsümün sonunda "Liverpul" ilə yollarını ayırmağa hazırlaşan misirli ulduzun karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.

İddialara əsasən, "Fənərbağça" futbolçunun transferi üçün hərəkətə keçib. İstanbul klubunun Salah tərəfi ilə ilkin əlaqələr qurduğu və danışıqların müsbət istiqamətdə davam etdiyi qeyd olunur.

Məlumatda həmçinin bildirilir ki, təcrübəli hücumçuya qeyri-rəsmi təklif də təqdim olunub. Tərəflərin maliyyə məsələlərində ortaq məxrəcə yaxın olduğu iddia edilir.

Salahın Avropada çıxışını davam etdirmək istədiyi və bu məqsədlə illik 12-13 milyon avro civarında maaş təklifinə müsbət yanaşdığı vurğulanır.

Transferlə bağlı yayılan xəbərlər futbol ictimaiyyətində böyük maraq doğurub. Misirli futbolçunun karyerasını Türkiyədə davam etdirməsi ehtimalının getdikcə gücləndiyi bildirilir.

Hüseyn
Milli.Az