Ayselin başına İŞ GƏLDİ - FOTOlar

21 May 2026 16:17

Bloqer Aysel Nasirova xoşagəlməz hadisə ilə üzləşib. Sosial mediada "ays_nasir" adı ilə tanınan influenserin avtomobilinə zərər yetirildiyi bildirilib.

Milli.Az xəbər verir ki, məlumata görə, hadisə binanın parkinq ərazisində baş verib. Naməlum şəxs və ya şəxslər avtomobilin şüşəsini sındıraraq hadisə yerindən uzaqlaşıblar.

Bildirilir ki, avtomobildən hər hansı oğurluq edilməyib. Hadisə bloqerin narahatlığına səbəb olub.

Ərazidə müşahidə kameralarının olmaması səbəbindən hadisəni törədən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Hadisə sosial şəbəkələrdə də müzakirələrə yol açıb. İzləyicilərin bir qismi parkinq ərazilərində təhlükəsizlik tədbirlərinin zəif olmasını tənqid ediblər.

Musa
Milli.Az