Hamı bu camışla şəkil çəkdirir - Səbəbi təəcübləndirəcək

21 May 2026 15:39

Banqladeşdə "Donald Tramp" ləqəbini alan albinos camış sosial mediada sensasiyaya çevrilib. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onlarla insan şəkil çəkdirmək üçün fermaya axın edib.

Bildirilir ki, heyvan gündə dörd dəfə çimdirilir və ona xüsusi qulluq göstərilir.  Ferma sahibi camışın Qurban bayramında kəsiləcəyini açıqlayıb. Səlahiyyətlilər albinos camışların olduqca nadir olduğunu bildiriblər. 

Milli.Az