Günəş Əkizlərə keçir - Telefonlar susmayacaq, mesajlar, zənglər, yeni tanışlıqlar...

21 May 2026 15:02

Günəşin Əkizlər bürcünə daxil olması ilə yeni və dinamik bir dövr başlayıb.

Milli.Az xəbər verir ki, bunu Astroloq Dinçer Güner deyib.

O, bu keçid ilə ünsiyyətin, sosiallaşmanın və hərəkətliliyin ön plana çıxacağını vurğulayıb.

D.Güner qeyd edib ki, Buğa bürcünün sakit və yavaş enerjisi arxada qalacaq, əvəzində insanların maraq dairəsi genişlənəcək, gündəlik həyatın tempi sürətlənəcək. Bu dövrdə mesajlaşma, qısa səfərlər və dostlarla intensiv görüşlər artacaq, insanlar birdən çox işi eyni anda görməyə meylli olacaq.

Astroloqun sözlərinə görə, rəqəmsal media, yazı, satış, marketinq və ictimaiyyətlə əlaqələr sahələrində çalışanlar üçün məhsuldar və uğurlu bir period başlayır. Kommunikasiya sahəsindəki əlaqələr güclənəcək, yeni ideyalar ortaya çıxacaq və işgüzar əlaqələr daha da inkişaf edəcək.

Münasibətlərdə isə zehni uyğunluğun fiziki uyğunluqdan daha vacib olacağı vurğulanır. Güner, güclü yumor hissi, səlis danışıq və zəkaya malik insanların daha cəlbedici olacağını qeyd edib. Mesajlaşmaların, uzun telefon zənglərinin və sosial media qarşılıqlı əlaqələrinin ön plana çıxacağı bir dövr gözlənilir.

Lakin, kommunikasiya sürətinin artması bəzi riskləri də özü ilə gətirir. Dedi-qodular, yanlış anlaşılmalar və şəxsi məlumatların qəsdən yayılması kimi problemlərin yaşana biləcəyi xəbərdarlığını verən astroloq, diqqətin yayınması və fokuslanma çətinliklərinin də artacağını söyləyib.

D.Güner, insanların müxtəlif mövzulara maraq göstərəcəyini, lakin məsələlərə daha səthi yanaşacağı və emosional məsələlərdə yumorla yanaşma meylinin güclənəcəyini də əlavə edib.

Bu yeni astroloji dövr kommunikasiya və sosial əlaqələrin canlanması ilə həyatımıza rəng qatacaq.

Mina Mikayılova
Milli.Az