"Qalatasaray"ın əsas transfer hədəfi bəlli OLDU - FOTO

21 May 2026 14:36

"Galatasaray S.K. yeni mövsümə fərqli yarımmüdafiə xətti ilə başlamağı planlaşdırır və baş məşqçi Okan Burukun siyahısında əsas hədəf bəlli olub.

Milli.Az xəbər verir ki, klubun İngiltərənin "Sanderlend" komandasında çıxış edən seneqallı yarımmüdafiəçi Həbib Diarra ilə maraqlandığı bildirilir.

22 yaşlı futbolçu bu mövsüm 21 oyunda 3 qol və 3 assistlə diqqət çəkib.

"Strasburq"dan 31.5 milyon avroya transfer olunan Diarranın hazırkı bazar dəyəri 30 milyon avrodan yüksək qiymətləndirilir. O, həm 8 nömrə, həm də dayaq və hücumameyilli yarımmüdafiəçi kimi çıxış edə bilir.

Fidan
Milli.Az