Türkiyədə oteldə silahlı insident: Otel sahibi və müştəri öldü

21 May 2026 11:30

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda yerləşən oteldə baş verən silahlı insident faciə ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə zamanı otel sahibi və bir müştəri həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, insident gecə saatlarında Hicriye məhəlləsində yerləşən oteldə qeydə alınıb. Otel sahibi 62 yaşlı Cavit Yılmaz, 52 yaşlı AY və oteldə qalan şəxslər arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə silahlı qarşıdurmaya çevrilib.

Hadisə yerinə çoxsaylı jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır yaralanan otel sahibi Cavit Yılmaz və 26 yaşlı Ufuk Sezer xəstəxanaya aparılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Silahlı insident zamanı yaralanan MS adlı şəxsin isə xəstəxanada müalicəsinin davam etdiyi və vəziyyətinin ağır olduğu bildirilib.

Hadisədən sonra AY, LM və E.Ş. adlı üç şübhəli saxlanılıb. Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Fidan
Milli.Az