Həbibdən UFC prezidentinə sərt cavab

21 May 2026 10:32

Pul məsələsi keçmiş UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədovun karyerasını başa vurmasının səbəbi olmayıb.

Milli.Az xəbər verir ki, o, bu barədə özünün Instagram hesabında yazıb.

Bundan əvvəl UFC prezidenti Dana Uayt bildirmişdi ki, Nurməhəmmədov "artıq o qədər pul qazanıb ki, döyüşməyə ehtiyacı qalmayıb".

"İnternetdəki hər bir cəfəngiyyata münasibət bildirməyi sevmirəm, amma Dana belə şeylər deyəndə, bu hər yerə yayılır", - deyə Nurməhəmmədov yazıb. "Belə deyim: bu, tamamilə yalandır. Mənə heç vaxt həmin milyonları verməyiblər və mənim çox pul qazandığım üçün idmanı tərk etdiyimi yazmaları da doğru deyil. Əsl həqiqəti bütün dünya bilir - mən bunu artıq dəfələrlə demişəm və təkrar etməyə ehtiyac yoxdur".

Həbib Nurməhəmmədov 2021-ci ildə karyerasını başa vurub. Onun hesabında 29 qələbə və heç bir məğlubiyyət yoxdur. 2022-ci ildə isə o, UFC "Şöhrət Zalı" na daxil edilib.

Ayxan

Milli.Az