Braziliyalı futbolçu Kazemironun gələcək karyerası ilə bağlı yeni iddialar gündəmə gəlib. Məlumata görə, təcrübəli yarımmüdafiəçi"Mançester Yunayted" klubundan ayrıldıqdan sonra ABŞ çempionatında çıxış etməyə yaxındır.
Milli.Az xəbər verir ki, iddialara əsasən, Kazemiro İngiltərə Premyer Liqasının mayın 24-də keçiriləcək son turundan sonra "İnter Mayami" ilə müqavilə bağlamağı planlaşdırır.
34 yaşlı futbolçu 2022-ci ilin yayında "Mançester Yunayted"ə transfer olunmuşdu. O, İngiltərə klubunun heyətində Liqa Kuboku və İngiltərə Kubokunu qazanmağı bacarıb.
Hazırda MLS-in son çempionu olan "İnter Mayami" dünya futbolunun bir çox məşhur simalarını heyətində birləşdirir. Komandanın kapitanı isə səkkizqat "Qızıl top" sahibi Lionel Messidir.
Kazemironun mümkün transferi futbol ictimaiyyətində maraqla qarşılanıb.
Hüseyn
Milli.Az