Yeganə qolun assisti Nəriman Axundzadədən - VİDEO

21 May 2026 09:07

"U.S. Open Cup" turnirinin 1/4 final mərhələsində "Kolambus Kryu" komandası "Nyu-York Siti" ilə üz-üzə gəlib.

Milli.Az xəbər verir ki, gərgin keçən qarşılaşma "Kolambus Kryu"nun minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan yeganə qol komandanı yarımfinal mərhələsinə daşıyıb.

Görüşdə diqqət çəkən məqamlardan biri isə azərbaycanlı futbolçu Nəriman Axundzadənin çıxışı olub. O, komandasının qələbə qolunda məhsuldar ötürmə müəllifi kimi yadda qalıb.

Beləliklə, "Kolambus Kryu" turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Hüseyn
Milli.Az