Azərbaycan nefti kəskin UCUZLAŞDI

21 May 2026 09:13

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

Milli.Az xəbər verir ki, neftin bir barelinin qiyməti 4.98 ABŞ dolları və ya 4.2% azalaraq 112.32 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 117.3 ABŞ dolları təşkil edib.

Milli.Az