Ançelottidən Neymara ciddi şərtlər

21 May 2026 00:29

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un 34 yaşlı hücumçusu Neymarı 2026-cı il dünya çempionatı üçün komandanın yekun heyətinə daxil edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis futbolçu ilə reallaşan videozəng zamanı onun yığmaya qayıdışı üçün tətbiq edilən sərt qaydaları diqqətə çatdırıb.

Ançelotti videozəng zamanı Neymara onun artıq start heyəti oyunçusu olmayacağını və kapitanlıq sarğısından məhrum edildiyini bildirib. Həmçinin təcrübəli hücumçu 10 nömrəli formanı "Real Madrid"in ulduzu Vinisius Juniora təhvil verməlidir.

Şərtlər arasında futbolçunun sosial şəbəkələrdəki aktivliyinə məhdudiyyətlər də daxil olmaqla, düşərgədəki yeni davranış qaydalarına ciddi əməl etmək tələbi də var. Neymar bu şərtlərin hamısını tam şəkildə qəbul edib.

Qeyd edək ki, Neymar 79 qolla Braziliya millisinin tarixindəki ən məhsuldar oyunçudur. DÇ-2026-nın qrup mərhələsində Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.

Milli.Az