Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq

20 May 2026 22:04

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, "Rosselxoznadzor" istixana yoxlamaları başa çatana və nəticələrin təhlili aparılana qədər 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gətirilən və göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək", - deyə bəyanatda bildirilib.

Xidmət aydınlaşdırıb ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verilib.

Milli.Az