Sosial şəbəkələrdə yayılan qeyri-adi görüntülər geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, videoda tabutda uzadılan şəxsin qəfil hərəkət edərək ətrafdakılara qorxu yaşatdığı əks olunub.
Belə ki, yas mərasimi ab-havasında çəkilən görüntülərdə "meyit" kimi uzanan şəxs anidən qışqıraraq ayağa qalxıb. Gözlənilməz hadisə qarşısında təşvişə düşən insanlar qorxu içində ərazidən uzaqlaşmağa çalışıblar.
Qısa zamanda viral olan video sosial mediada fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər hadisəni zarafat və sosial eksperiment kimi qiymətləndirsələr də, bir çoxları bunu yersiz davranış adlandırıblar.
İzləyicilər xüsusilə yas mövzusu üzərindən edilən belə zarafatların insanlarda psixoloji narahatlıq yarada biləcəyini vurğulayıblar. Buna baxmayaraq, görüntü 35 milyondan çox izlənib və 692 min bəyənmə alıb.
Musa
Milli.Az