"Qalatasaray"la ard-arda 4 dəfə Super Liqa çempionluğu yaşayan Okan Buruka İtaliya A Seriyası təmsilçisi "Latsio"nun elçi düşdüyü iddia edilir.
Milli.Az xəbər verir ki, Okan Buruk bundan əvvəl "Tottenhem"dən gələn təklifi rədd edib. Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun da ona rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.
"Latsio"nun idman direktoru Ancelo Fabianinin hazırladığı namizədlər siyahısının ən başında məhz Okan Buruk yer alır.
Okan Burukla razılıq əldə olunmayacağı təqdirdə, "Latsio"nun alternativ siyahısında Fabio Pizakane, Tiaqo Motta və Raffaele Palladino kimi məşqçilərin də adları var.
Lalə Qüdrətova
Milli.Az