Xəzərdə zəlzələ oldu

20 May 2026 21:10

Xəzər dənizində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:45-də 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.

Milli.Az