Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə "Araz-Naxçıvan"dan ayrılacaq.
Milli.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu ilə müddəti bitəcək müqavilə uzadılmayacaq.
Bəxtiyar 2024-cü ildən "Araz-Naxçıvan"da çıxış edir. O, bu mövsüm çempionatda 24 oyunda forma geyinib.
Həsənalızadə Azərbaycan millisində 4 oyun keçirib.
"Araz-Naxçıvan" Misli Premyer Liqasında sona bir tur qalmış 43 xalla altıncı sıradadır. (Futbolpress.az)
Milli.Az