Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarlarda açıq tipli (plaskart) vaqonlar olmayacaq.
Milli.Az xəbər verir ki, bu barədə Axar.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Qeyd edək ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq. Gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tiflisə minimum gedişhaqqı 81 manat, Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan isə 57 manatdır. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 manat təşkil edir.
Digər siniflər üzrə qiymətlər də tezliklə açıqlanacaq.
Milli.Az