Vətən müharibəsi iştirakçısı icra başçısı müavini təyin olundu

20 May 2026 17:19

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, Namiq Cəfərov Göygöl Rayon İcra başçısının birinci müavini təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Namiq Cəfərov Rayon İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə Asan Xidmət Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb. 
O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və"Şuşanın azad olunmasına görə" eləcədə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Milli.Az