Ölkə üzrə indiyədək istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası çərçivəsində 26 mindən yuxarı nəqliyyat vasitəsi utilizasiya edilib.
Milli.Az xəbər verir ki, bunu Təmiz Şəhər ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Tullantıların İdarə Edilməsinin Dairəvi İqtisadiyyata Doğru İrəlilədilməsi" tədbirində dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, artıq il yarımdır ki, işlənmiş, istifadəyə yararsız nəqliyyat vasitələri emal edilir.
Milli.Az