ABŞ-də Prezident Donald Tramp, onun ailə üzvləri və "Trump Organization" ilə bağlı vergi məsələlərinə dair yeni məhkəmə və yoxlama addımları ilə bağlı məhdudiyyətlər tətbiq olunub.
Milli.Az xəbər verir ki, bu qərar Trampın ABŞ Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı böyük məbləğli iddiaya xitam verən razılaşma çərçivəsində qəbul edilib. Razılaşmaya əsasən, vergi orqanlarının həmin tərəflərə qarşı yeni iddialar qaldırması və əlavə yoxlamalar aparması məhdudlaşdırılır.
ABŞ Ədliyyə Nazirliyinin rəsmisi bildirib ki, tərəflər qarşılıqlı olaraq mövcud tələblərdən imtina edir və gələcəkdə yeni hüquqi addımların atılmayacağı barədə razılığa gəliblər.
Asya
Milli.Az