Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlərin birində Qarabağdan köçmüş erməniləri və keçmiş separatçı rəhbərliyi sərt şəkildə tənqid edib.
Milli.Az xəbər verir ki, Paşinyan çıxışında 2023-cü ildən əvvəl Qarabağda yaşamış və həmin dövrdə onu dəstəkləyən Artur Osipyan də daxil olmaqla bir sıra şəxslərə müraciət edərək, onların vaxtında mübarizə aparmadıqlarını bildirib.
O, "Qarabağın yalançı elitası" ifadəsini işlədərək, bu şəxslərin indi Ermənistan daxilində Qarabağ məsələsini gündəmə gətirməsini qəbul etmədiyini vurğulayıb:
"Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa, onda gedib həlak olardınız da. Niyə sağsınız ümumiyyətlə? Sən nə üçün sağsan ki, axı indi də gəlib 5 min nəfər qurban barədə danışırsan mənimlə, ay alçaq, nə üçün sağsan? Bəs indi Şahramanyan nə üçün sağdır, hələ o birilər: indi sizin Parlamentdə deputat hesab olunanlar nə üçün sağdırlar? Nə üçün həlak olmadılar? İndi isə gəlib deyirlər ki, 5 min qurban gedib. Nə üçün bəs siz həlak olmamısınız?"
Baş nazir keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, həmçinin iş adamı Samvel Karapetyan və siyasətçi Qaqik Tsarukyan haqqında da sərt ifadələr işlədib. Paşinyan onların rəhbərlik etdiyi qüvvələrin Ermənistanda təsir imkanlarını aradan qaldıracağını bəyan edib.
Mina Mikayılova
Milli.Az