“Qarabağ”ın daha 2 rəqibi bəlli oldu

20 May 2026 18:00

Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ın daha iki potensial rəqibi bəlli olub.

Milli.Az xəbər verir ki, bunlar Serbiyanın "Voyvodina" və Rumıniyanın "Universitatya Kluj" klublarıdır. 

Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu. Ümumilikdə isə 8 potensial rəqibdən 5-nin adına aydınlıq gəlib. 

Digər 3 komanda isə kubok finallarından sonra məlum olacaq. 

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları iyulun 9-da və 16-da olacaq.

Milli.Az