Türkiyənin ən varlı qadını öldü - Qızı gizlincə dəfn etdi - FOTO

20 May 2026 12:36

Türkiyənin ən varlı qadını, 89 yaşlı Servet Koçak vəfat edib.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, onun ölümündən sonra Koçak ailəsində uzun müddətdir davam edən miras mübahisəsi yenidən başlayıb.

Onun qızı Naciye Koçak bacı və qardaşlarına xəbər vermədən ev işçilərinin köməyi ilə anasının dəfn mərasimini gizlicə təşkil edib. Bir neçə gün sonra analarının ölümündən xəbər tutan bacı-qardaşlar prokurorluğa şikayət ərizəsi veriblər.

Ailə daxilində miras böhranı indi anım mərasimini kimin keçirəcəyi ilə bağlı rəqabətə çevrilib.

Fidan
Milli.Az