"Baku Auto Mall"da "Top Model Azerbaijan 2026" müsabiqəsinin möhtəşəm final gecəsi baş tutub.
Milli.Az xəbər verir ki, aparıcılığını Sahil Mirzənin etdiyi gecə tanınmış simaların iştirakı ilə yadda qalıb. Tədbirin qonaqları sırasında Araz Rafail, Rəssam, Fəxriyyə Xələfova, Məleykə Əsədova, Yeganə Sadıxova, Anara Məmmədova, Şahin İmaməliyev, Aydanique, Almaz Qasımova, Ellada Eyvazova, Neyjan Malik, Ramazan Şərifzadə, DJ China və DJ Kamo yer alıblar.
"Top Model Azerbaijan 2026" müsabiqəsi Əli Rzayevin təşkilatçılığı ilə 3 ay davam edib. Yarışmada 42 qız və oğlan iştirak edərək müxtəlif mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər.
Onlayn səsvermə və münsiflər heyətinin qərarına əsasən, Zeynalov Elnur və Atlas Aliyeva müsabiqənin qalibləri elan olunublar.
Final gecəsində yadda qalan anlardan biri isə modellərlə yanaşı avtomobillərin də podiumda nümayiş olunması olub. Bu cür təqdimatın Azərbaycanda ilk dəfə keçirildiyi bildirilib. Gecə möhtəşəm şou və konsert proqramı ilə yadda qalıb.
Milli.Az