Daha bir ədəbsiz mahnı çıxdı - VİDEO

20 May 2026 11:20

Azərbaycanlı müğənninin təqdim etdiyi yeni mahnı sosial şəbəkələrdə qalmaqala səbəb olub.

Milli.Az xəbər verir ki, qısa müddətdə yayılan mahnının sözləri dinləyicilər tərəfindən birmənalı qarşılanmayıb və sərt tənqidlərə yol açıb.

Xüsusilə mahnıda yer alan bəzi ifadələrin etik çərçivələri aşdığı iddia olunub. Sosial media istifadəçilərinin bir qismi ifanı "ədəbsiz" və "cəmiyyətə uyğun olmayan" adlandıraraq sənətçini tənqid edib.

Paylaşımlar altında yazılan rəylərdə bəzi izləyicilər son dövrlərdə bu tip mahnıların artdığını bildirərək Azərbaycan musiqisinin keyfiyyətinin aşağı düşdüyünü qeyd ediblər. 

Müzakirələrə səbəb olan mahnının təqdimat fraqmenti sosial şəbəkələrdə yayılıb. 

Milli.Az