Hantavirus ürəyi vurur: Bu şəxslər daha tez yoluxa bilər

20 May 2026 12:00

Hantavirusa yoluxma zamanı ürək xəstəlikləri olan insanlarda ağırlaşma riski digərlərinə nisbətən daha yüksəkdir.

Milli.Az xəbər verir ki, kardioloq Alejandro Kroker hantavirusun xüsusilə ürək xəstələri üçün daha təhlükəli ola biləcəyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, hantavirus insanda miokardiopatiyaya (ürək əzələsinin funksiyasının pozulması və zədələnməsi) səbəb ola bilər ki, bunun da sonradan xroniki ürək çatışmazlığına çevrilməsi istisna olunmur.

Qeyd edək ki, Hondius kruiz gəmisində qeydə alınan hantavirus yayılması ilə bağlı narahatlıq davam edir. 11 nəfərdə simptomların müşahidə edildiyini, onlardan 9-na diaqnoz qoyulduğunu bildirib. Xəstəlik səbəbindən bir neçə nəfərin öldüyü də açıqlanıb.

Fidan
Milli.Az