Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də aktiv idmanla məşğul olduğunu bildirib.
Milli.Az xəbər verir ki, o, bu barədə 19 may- gənclik və idman bayramında gənclərlə görüşündə danışıb.
Ərdoğan həftədə 3 dəfə basketbol oynadığını və həmin gün tədbirə gəlmədən əvvəl - oyunda 68 xal topladığını deyib.
Ərdoğan gənclərə də idmandan uzaqlaşmamağı tövsiyə edib.
Milli.Az