Çinin cənub və mərkəzi bölgələrində güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri baş verib.
Milli.Az xəbər verir ki, fəlakət nəticəsində azı 21 nəfər ölüb, çox sayda insan itkin düşüb.
Çin rəsmiləri minlərlə insanı təxliyə edib, məktəb və müəssisələrin fəaliyyəti dayandırılıb. Ən ağır hadisələrdən biri Quansi əyalətində baş verib - sel sularına düşən pikapda olan 10 nəfər həyatını itirib.
Meteoroloqlar xüsusilə Yantszı çayı ətrafında yeni daşqın təhlükəsi barədə xəbərdarlıq edib.
Fidan
Milli.Az