"Çayçı Hüseyn" məşhur serialda

20 May 2026 09:16

Türkiyənin məşhur "Çocuklar Duymasın" serialında canlandırdığı "Çayçı Hüseyn" obrazı ilə tanınan Alparslan Özmol yeni layihəsi ilə gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun "A.B.İ" adlı serialın heyətinə qatıldığı məlum olub. O, yeni ekran işində mafiya üzvlərindən birini canlandıracaq.

Serialın baş rollarından birini Kenan İmirzalıoğlu ifa edir. Layihədə yer alan məşhur aktrisa Afra Saraçoğlu isə 17-ci bölümdən sonra serialla vidalaşacaq.

Yeni layihə və aktyor heyəti sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə Alparslan Özmolun uzun müddətdən sonra fərqli obrazla ekranlara qayıtması izləyicilərin diqqətini çəkib.

Musa
Milli.Az