Neft ucuzlaşıb bu qiymətə OLDU

20 May 2026 09:05

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,86 ABŞ dolları və ya 0,73% ucuzlaşaraq 117,30 ABŞ dollarına enib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,81 dollar və ya 0,7% ucuzlaşaraq 114,90 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,79 dollar və ya 0,84% azalaraq 93,43 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,19% azalaraq 114,68 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Milli.Az