"Sauthempton" casusluq qalmaqalına görə Çempionşipin pley-off mərhələsindən rəsmən uzaqlaşdırılıb.
Milli.Az xəbər verir ki, qərarı liqanın intizam komitəsi qəbul edib. Klubun bir neçə rəqib komandanın məşqlərini gizli izlədiyi müəyyən olunub.
Cəza təkcə pley-offdan kənarlaşdırılma ilə bitməyib. "Sauthempton" yeni mövsümə 4 xal silinməsi ilə başlayacaq.
Qərara əsasən, finalda "Sauthempton"un yerini yarımfinalda ona məğlub olan "Midlsbro" tutacaq. Komanda "Hall" ilə Premyer Liqaya yüksəliş uğrunda həlledici matça çıxacaq. (qol.az)
Milli.Az