Minillik ağacın gövdəsindən ev düzəltdilər

20 May 2026 02:02

Amerika Birləşmiş Ştatlarının Viskonsin ştatında, təxminən minillik nəhəng sekvoya (redwood) ağacının gövdəsində oyulmuş qeyri-adi kiçik ev yol kənarı turizminin yeni gözbəbəyinə çevrilməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, 1940-cı illərdə, hələ sekvoya ağaclarının kəsilməsini qadağan edən ekoloji qoruma qanunları qüvvəyə minməzdən əvvəl kəsilmiş nəhəng bir ağacdan hazırlanan bu daşınana bilən tikilinin, İ nömrəli ştatlararası ("Interstate 43") magistral yolunun kənarında daimi turistik mərkəzə çevrilməsi planlaşdırılır. Tikilinin hazırkı sahibi Dav Abdull bildirir ki, onun əsas məqsədi Kaliforniyadakı nəhəng sekvoya meşələrini görmək imkanı olmayan insanlara bu təbiət möcüzəsini yaxından tanıtmaqdır.

Kənardan baxdıqda kiçik bir taxta evi xatırladan bu tikili əslində dünyanın ən hündür ağac növlərindən biri olan sekvayanın tək bir gövdə hissəsinin daxilinin oyulması ilə ərsəyə gətirilib.

Təxminən 9 metr uzunluğa, 2,4 metr enə və 30 santimetr divar qalınlığına malik olan bu yığcam "mobil ev" təəccüblü daxili dizaynı ilə diqqət çəkir. İki işçinin tam iş günü ilə çalışaraq bir ilə tamamladığı daxmanın içərisində; qırmızı şam ağacından düzəldilmiş mebellərlə bəzədilmiş qonaq otağı, yemək sahəsi, mətbəx, iki yatak otağı və bir hamam yerləşir.

Rəsmi qeydlərə görə, daxmanın hazırlandığı orijinal ağacın hündürlüyü təxminən 79 metr, kök hissəsinin diametri isə 4,2 metr olub. Evə çevrilən gövdə hissəsinin isə ağacın yerdən təxminən 30 metr hündürlükdə olan hissəsindən kəsildiyi bildirilir.

Təbii artım zonaları yalnız Kaliforniya və Oreqon sahilləri olan və hündürlükləri 106 metri ötə bilən bu çoxəsrlik nəhəng ağacların hazırda ciddi qoruma altında olması, tək bir gövdədən oyulmuş bu evi günümüzdə yenidən hazırlanması qeyri-mümkün olan nadir bir memarlıq və populyar mədəniyyət mirasına çevirir.

Lalə Qüdrətova
Milli.Az