Süni intellekt dəstəkli analizlər vasitəsilə gələcəkdə ən yüksək qazanc potensialına malik olacaq peşələrin siyahısı hazırlanıb. Texnologiya yönümlü sahələrin ön plana çıxdığı bu siyahıda, uzun illərdir "zəmanətli peşə" kimi qəbul edilən bəzi klassik sektorların geridə qalması diqqət çəkib.
Milli.Az xəbər verir ki, süni intellektin təhlillərinə əsasən, gələcəyin ən yüksək gəlirli peşələri arasında rəqəmsal istehsal və yüksək texnologiyalar üstünlük təşkil edir. Xüsusilə proqram təminatının hazırlanması, məlumat analitikası (data analist), sahibkarlıq və rəqəmsal kontent istehsalçılığı kimi sahələrin növbəti illərdə daha da dəyər qazanacağı proqnozlaşdırılır.
Uzun illər boyu yüksək gəlirli sənətlər dedikdə ilk olaraq həkimlik, mühəndislik və ya hüquq kimi sahələr təsəvvür edilsə də, süni intellekt analizlərində rəqəmsal kontent istehsalçılığının (blogger, video istehsalçısı və s.) ön sıralarda yer alması ciddi sürpriz olub. Sosial media platformalarının sürətli böyüməsi ilə video çarx hazırlayanların, strimerlərin (yayınçıların) və rəqəmsal təlimçilərin gələcəkdə çox böyük gəlirlər əldə edə biləcəyi vurğulanır.
Süni intellekt sistemlərinə görə gələcəkdə ulduzu parlayacaq əsas peşələr bunlardır:
Proqram təminatı tərtibatçılığı (Software Development)
Məlumat analitikası (Data Analytics)
Psixoloq və psixoterapevt xidmətləri
Girişimçilik (Startaplar və rəqəmsal sahibkarlıq)
Rəqəmsal kontent istehsalçılığı (Content Creation)
Ekspertlərin fikrincə, sadalanan bu sahələr həm qlobal rəqəmsal transformasiyaya sürətlə uyğunlaşır, həm də uzunmüddətli perspektivdə onlara olan tələbat davamlı olaraq artır.
Mütəxəssislər bildirirlər ki, süni intellekt bir çox sektoru kökündən dəyişdirib bəzi işləri avtomatlaşdırsa da, yaradıcılıq, emosional zəka, ünsiyyət və insan münasibətləri tələb edən peşələr öz əhəmiyyətini hər zaman qoruyub saxlayacaq. Xüsusilə psixologiya, rəqəmsal media və texnologiya əsaslı istehsal sahələrində yeni və unikal iş imkanlarının yaranacağı gözlənilir.
Lalə Qüdrətova
Milli.Az