Hər ilin bir günü metroya paltarsız minirlər - VİDEO

23 May 2026 01:01

London metrosunda hər il keçirilən qeyri-adi aksiya yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər maraq doğuraraq geniş müzakirələrə səbəb olub.

Söhbət dünyanın müxtəlif şəhərlərində təşkil edilən ənənəvi "paltarsız metro günü" aksiyasından gedir. Hər il keçirilən tədbir çərçivəsində insanlar metroya adi sərnişin kimi, lakin şalvarsız şəkildə minirlər. Maraqlı və qeyri-adi görüntülər isə sosial mediada sürətlə yayılır.

Paylaşılan kadrlarda sərnişinlərin metroda tam rahat davranması diqqət çəkib. Bəziləri bu aksiyanı əyləncəli sosial performans kimi qiymətləndirsə də, digərləri onu cəmiyyət qaydalarına uyğun hesab etməyib.

Xüsusilə Londonda keçirilən aksiya hər il olduğu kimi bu dəfə də birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri arasında tədbirin məqsədi və sərhədləri ilə bağlı fərqli fikirlər səsləndirilib.

Qeyd edək ki, sözügedən ənənə illər əvvəl sosial eksperiment və əyləncə məqsədilə başladılıb. Hazırda isə dünyanın bir çox şəhərində maraqlı ənənə kimi davam etdirilir.

Musa
Milli.Az