Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi

19 May 2026 23:12

Moskvadan-İrkutska uçan sərnişin təyyarəsində xuliqanlıq edən şəxs hava gəmisinin məcburi eniş etməsinə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident biznes-klas sərnişinlərindən birinin qeyri-adekvat davranışları səbəbindən yaranıb.

Məlumata görə, təyyarədəki sərnişinlərdən biri qəfildən heyət üzvlərini təhqir etməyə və ətrafdakılara qarşı aqressiv hərəkətlər etməyə başlayıb. Salondakı digər sərnişin isə vəziyyəti sakitləşdirməyə çalışsa da, sözügedən şəxs ona fiziki təzyiq göstərərək üz nahiyəsinə zərbə endirib.

Qeyd olunub ki, yaranmış təhlükə ilə əlaqədar olaraq heyət üzvləri Surqut hava limanına təcili eniş etmək qərarına gəliblər. Hava limanında təyyarəyə daxil olan nəqliyyat polisi əməkdaşları təyyarədə dava salan şəxsi saxlayıblar. İnsident səbəbindən reysdən kənarlaşdırılan sərnişin bölməyə aparılıb, hava gəmisi isə gecikmə ilə İrkutska doğru uçuşunu davam etdirib.

Milli.Az