Joze Mourinyo "Real Madrid" ilə 2+1 illik müqavilə şərtlərində razılıq əldə edib.
Milli.Az xəbər verir ki, "Benfika"nın sözləşməni uzatmaq təklifini rədd edən təcrübəli baş məşqçinin yenidən İspaniya nəhənginə qayıdır. Florentino Peresin bu seçimdəki əsas məqsədi isə komandada və soyunub-geyinmə otağında nizam-intizamı yenidən bərpa etməkdir.
"MARCA" qəzeti yazır ki, portuqaliyalı çalışdırıcının rəhbərliyi altında komandada heç bir futbolçunun "toxunulmazlıq" statusu olmayacaq. İntizam problemi yaradan oyunçulara qarşı ən sərt qərarların alınacaq.
Mourinyonun gələr-gəlməz komandada istəmədiyi və rəhbərlikdən satılmasını tələb etdiyi ilk futbolçu fransalı ulduz Eduardo Kamavinqa olub.
Lalə Qüdrətova
Milli.Az