"Qarabağ" Misli premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə "Sumqayıt"la keçiriləcək matçın məşqlərinə start verib.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçisi Bəhlul Mustafazadə və yeni transfer Jali Muaddib də kollektivlə birgə hazırlıqda yer alıb.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması mayın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Milli.Az