"Ebola" sürətlə yayılır, ölənlərin sayı 131-ə çatdı

19 May 2026 17:08

"Ebola" epidemiyası Konqoda sürətlə yayılmağa davam edir. Rəsmi məlumata görə, ölkənin İturi və Şimali Kivu əyalətlərində virusa yoluxanların sayı 435-ə, ölənlərin sayı isə 131-ə çatıb.

Milli.Az xəbər verir ki, Konqo hökuməti Nyankunde, Katva və Qoma bölgələrində yeni yoluxma hallarının qeydə alındığını açıqlayıb.

Hazırda səhiyyə qrupları epidemiyanı nəzarət altına almaq üçün fəaliyyətlərini davam etdirir.

"World Health Organization" isə vəziyyətin ciddiliyini nəzərə alaraq təcili yardım komitəsinin iclasını keçirəcəyini bildirib. ÜST iki gün əvvəl epidemiyanı "beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti" elan edib.

Təşkilatın Konqodakı nümayəndəsi Anne Ancia epidemiyanın aylarla, hətta illərlə davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Fidan
Milli.Az