Azərbaycanın iki sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş turnirdə bürünc medal qazanıb.
Bu barədə Milli.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Əli Əliyevin xatirə turnirində Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq, bürünc mükafata sahib çıxıblar.
Milli.Az