Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO

19 May 2026 14:50

Türkiyəli komediyaçı Cem Yılmaz ondan pul istəyən dilənçinin təklifini rədd etdikdə gözlənilməz reaksiya ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, diş müalicəsindən çıxdığını, anesteziya təsirində olduğunu və danışa bilmədiyini deyən Yılmaz maşınına minmək üzrəykən bir dilənçi ona yaxınlaşıb pul istəyib.

Lakin, Cem Yılmaz heç bir cavab vermədən yoluna davam etdiyinə görə dilənçi əsəbləşib. 

"Snob" jurnalının yayımladığı görüntülərə görə, istədiyi köməyi ala bilməyən dilənçi Cem Yılmazın ardınca ucadan qışqıraraq "Bir kömək etsənə, Allah bəlanı versin!" deyə qışqırıb.

Həmin anları təqdim edirik:

Fidan
Milli.Az