"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?

19 May 2026 14:32

2026/27 mövsümündə Konfrans Liqasında gücünü sınayacaq "Neftçi"nin 26 potensial rəqibindən 11-nin adı artıq məlumdur.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi qitəmiqyaslı bu mötəbər turnirdə mübarizəyə elə ilk - I təsnifat mərhələsindən start verəcək.

Baş məşqçi Yuri Vernidubun rəhbərlik etdiyi komandanın indiyədək dəqiqləşən potensial rəqibləri siyahısında bu klublar yer alır: "Styarnan" (İslandiya), "Europa" (Cəbəllüttariq), "İnter" (Finlandiya), "Yelimay" (Qazaxıstan), "Hegelmann" (Litva), "Penibont" (Uels), "NSİ Runavik" (Farer adaları), "Qlentoran" (Şimali İrlandiya), "Marsaşlokk" (Malta), "Nomme Kalyu" (Estoniya) və "Karnarvon Taun" (Uels).

Qeyd edək ki, Konfrans Liqasında I raundun püşkatma mərasimi iyunun 16-da baş tutacaq. Bu mərhələnin qarşılaşmaları isə 9-16 iyul tarixlərində olacaq.

Milli.Az