67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə

19 May 2026 13:10

İtaliyanın Çezenatiko şəhərində keçirilən European Girls' Olympiad in Informatics (EGOI 2026) yekun nəticələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, 67 ölkədən 242 nəfər məktəblinin iştirak etdiyi olimpiadada qızlarımız uğurla çıxış edərək 2 bürünc medal qazanıblar. Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli olimpiadada fərqləniblər.

Qızlarımızı təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq!

Qeyd edək ki, Avropa Qızlar İnformatika Olimpiadası 2021-ci ildən etibarən keçirilir və məktəblilərimiz bu günə kimi bu olimpiadada 1 qızıl, 2 gümüş, 7 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" MMC-nin dəstəyi ilə həyata keçirilir.

Milli.Az