Azərbaycanda oğul anasını traktorla vuraraq öldürdü

19 May 2026 11:19

Ucarda oğul anasını traktorla vuraraq öldürüb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib.

Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub.

Ağır xəsarət alan A.Abbasova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az