Taysonun 16 yaşlı qızı ƏRƏ GETDİ - FOTOlar

19 May 2026 11:10

Dünya şöhrətli boksçu Tayson Fyurinin qızı Venesuela Fyuri dəbdəbəli toyu ilə gündəmə gəlib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 16 yaşlı Venesuela uzun müddətdir münasibətdə olduğu gənc boksçu  Noah Prays ilə ailə həyatı qurub. Toy mərasimi İngiltərənin Man adasında yerləşən tarixi kilsədə keçirilib və mərasimə ailə üzvləri ilə yanaşı yaxın dostlar da qatılıblar.

Gecənin ən çox danışılan detalı isə gəlinin seçdiyi qeyri-adi obraz olub. Fyuri 15 metrlik uzun quyruğa sahib gəlinliyi ilə diqqət çəkib. Bununla yanaşı onun toy zamanı gün eynəyi taxması və əlində ənənəvi gül buketi əvəzinə mobil telefon saxlaması sosial şəbəkələrdə geniş müzakirə olunub.

Toydan yayılan görüntülərdə Taysonun qızını kilsəyə qədər müşayiət etməsi və duyğusal anlar yaşaması da diqqətdən yayınmayıb. Mərasimdə məşhur simalar və Fyuri ailəsinin yaxın çevrəsi iştirak edib. 

Venezuelanın 16, Noahın isə 19 yaşında olması internet istifadəçiləri arasında da müxtəlif reaksiyalar doğurub. Bununla belə, cütlük uzun hazırlıqlardan sonra ailə quraraq yeni həyatlarına başlayıb. 

Hüseyn
Milli.Az