ABŞ-də məscidə hücum: Ölənlər və yaralananlar var - VİDEO

19 May 2026 11:36

Kaliforniyadakı San Dieqo məscidinə silahlı hücum olunub.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində ən azı üç nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hücumdan sonra 17 və 19 yaşlı iki hücumçu özünə qəsd edib.

Hadisə yerinə çoxsaylı polis bölmələri göndərilib, məscid və ətrafı mühasirəyə alınıb.

Ərazidəki tələbələr polis müşayiəti altında təhlükəsiz şəkildə təxliyə edilib, yaralılar isə xəstəxanaya aparılıb. Hakimiyyət orqanları hücumçunun şəxsiyyəti və hadisənin motivi ilə bağlı geniş araşdırmaya başlayıb. 

Amerika-İslam Münasibətləri Şurası (CAIR) hücumla bağlı açıqlama yayıb. Bəyanatda hücum zamanı binada təlim keçən uşaqların da olduğu və "bir neçə nəfərin vurulduğu" qeyd edilib və hücum pislənilib.

Fidan
Milli.Az