Şuşa və Trabzon qardaşlaşacaq

19 May 2026 11:24

Bu gün Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində "Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.

"9 şəhərlə qardaşlıq, əməkdaşlıq münasibəti qurmuşuq. Bu gün Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşmaya dair memorandum imzalanacaq. Bununla da bu say 10-a çatacaq", - o vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Milli.Az